Bakı. Azad Həsənli - Trend:
"Xalq Bank"da səhmdarların pay bölgüsü dəyişib. Bu barədə Trend bankın saytına istinadən məlumat verir.
Səhmdarların pay bölgüsü bankın nizamnamə kapitalının 7,4 faiz - 211,65 milyon manatadək artırılması nəticəsində dəyişib.
Belə ki, "Amal Invest Group"un səhmdar payı 16,15-dən 15,05 faizədək (31,84 milyon manat) azalıb.
Digər səhmdarların - "EuroStandard" və "Ideal Business Ko"nun payları müvafiq olaraq 71,6 milyon (33,85 faiz) və 105,8 milyon manatadək (50 faiz) artıb.