...

Astara magistral qaz kəmərlərində təmir aparılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2016 10:13 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 21-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin "Alvadı", ''Göytəpə'', ''Cəlilabad'', ''Azadkənd'' ''Nərimankənd'', ''Qaratəpə'', ''Axundov'', ''Sabirabad'', ''Otuzikilər'', ''Saatlı'', ''İmişli'', ''Qaraçala'' və "Əlillər" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir müddətində Masallı rayonun Təzə Alvadı, Köhnə Alvadı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti