...

Meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2016 17:05 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İqtisadiyyat Nazirliyində müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir, onların təklifləri dinlənilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin nümayəndələri ilə keçirilmiş görüşdə dövlət başçısı tərəfindən ölkəmizdə yerli xammal hesabına istehsalın, o cümlədən meyvə-tərəvəz məhsullarının emalı sahəsinin inkişafına xüsusi diqqət göstərildiyi vurğulanıb, yeni texnologiyalar əsasında müasir standartlara uyğun rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin istifadəyə verildiyi bildirilib.

Görüşdə meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin ixrac potensialının daha da artırılması üçün dəstək mexanizmlərinin gücləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin nümayəndələri rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə istifadə olunan taralar və yüksək təzyiqə davamlı metal qapaqların yerli istehsalının dəstəklənməsi, onların istehsalı üçün tələb olunan xammal və komponentlərin idxalına güzəştlərin tətbiqi barədə təkliflər səsləndiriblər.

Görüşdə səsləndirilən təkliflərin həyata keçirilməsi imkanlarının araşdırılacağı iştirakçıların diqqətinə çatdırılıb.

İş adamları dövlət başçısına sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti