...

Ağsu rayonunun daha 3 kəndinə təbii qaz verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2016 11:36 (UTC +04:00)
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Ağsu rayonunun daha 3 kəndinə təbii qaz verilib

Bakı. Trend:

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.

Yanvarın 30-da Ağsu rayonunun daha 3 kəndinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 769 abonenti olan Bico, Qəşəd və Cəlayir kəndlərinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 57 kilometrə yaxın müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti