...

Əmək Nazirliyi Avropa işədüzəlmə metodunun tətbiqini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 13:02 (UTC +04:00)
Azərbaycanda kadr hazırlığının dual sistemini tətbiq etmək lazımdır.
Əmək Nazirliyi Avropa işədüzəlmə metodunun tətbiqini təklif edir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda kadr hazırlığının dual sistemini tətbiq etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məşğulluq siyasətinə həsr edilmiş təlim-seminarda deyib.

Onun sözlərinə görə, hazırda Avropanın bir çox ölkəsində dual hazırlıq geniş tətbiq edilir: "Bu zaman müxtəlif şirkətlər artıq 15-16 yaşlı gəncləri işə götürür. Onlar məvacibin 20-30 faizini alaraq işləyirlər, eyni zamanda, təhsil almağa davam edirlər. Nəticədə 18 yaşında çatanda onlar zəruri təcrübə qazanırlar və əmək bazarında onlara tələb olur".

S.Müslümov qeyd edib ki, ixtisasın artırılması, kadrların hazırlanması və təkrar hazırlığı üzrə kursların spektrini genişləndirmək lazımdır: "Bu məqsədlə tezliklə belə bir mərkəz Gəncədə də açılacaq. Gələcəkdə belə mərkəzlərin ölkənin bütün regionlarında açılmasını istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti