...

Azərbaycan Gənclər Fondu startapları maliyyələşdirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2016 14:32 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Gənclər Fondu kiçik startapların maliyyələşdirilməsi üzrə mexanizmin yaradılması üzərində işləyir.
Azərbaycan Gənclər Fondu startapları maliyyələşdirməyi planlaşdırır

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Prezidenti yanında Gənclər Fondu kiçik startapların maliyyələşdirilməsi üzrə mexanizmin yaradılması üzərində işləyir. Trend-in məlumatına görə, bunu fondun sektor müdiri Orxan Ərəbov "İdeyadan biznesə doğru" mövzusunda gənclərlə görüşdə deyib.

Onun sözlərinə görə, fond nizamnaməsinə uyğun olaraq, sosial və qeyri-kommersiya layihələrini maliyyələşdirir. Lakin O.Ərəbov vurğulayıb ki, fond İqtisadiyyat Nazirliyi və digər strukturların köməkliyi ilə kiçik pilot startapların maliyyələşdirilməsinə başlamaq niyyətindədir.

O əlavə edib ki, fond imkanları çərçivəsində gəncləri dəstəkləməyə davam edəcək və həmişə onların təşəbbüs və təkliflərini dinləməyə hazırdır.

Tədbir zamanı, həmçinin iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, "ASAN xidmət" mərkəzinin əməkdaşı Fariz Cəfərov çıxış edərək gənclər arasında sahibkarlığın genişləndirilməsi üçün aparılan iş barədə ətraflı məlumat veriblər.

"İdeyadan biznesə doğru" tədbiri İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilib. Tədbirdə "ASAN xidmət" mərkəzinin, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun, Yüksək Texnologiyalar Parkının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti