...

Səfir: Azərbaycan Prezidentinin İrana səfərini tarixi adlandırmaq olar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2016 15:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini tarixi adlandırmaq olar.
Səfir: Azərbaycan Prezidentinin İrana səfərini tarixi adlandırmaq olar (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:50-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini tarixi adlandırmaq olar. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan-İran işgüzar görüşündə deyib.

Səfir bildirib: "Səfər çərçivəsində 11 sənəd imzalanıb. Xüsusilə gömrük sahəsində imzalanmış sənədi vurğulamq istərdim. Sənəd iki ölkənin özək sektorları arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Bundan başqa, Astara-Astara və Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirlməsi barədə sənədi də qeyd etmək istərdim. Bu sənəd isə iki ölkə arasında ticarət əlaqələrini genişləndirəcək".

M.Pakayin qeyd edib ki, tərəflər Azərbaycana gedən İran vətəndaşları üçün viza rejiminin sadələşdirilməsini də müzakirə ediblər. Səfir ümid etdiyini bildirib ki, tərəflər cari ilin ortalarında bu məsələ üzrə razılaşma əldə edə biləcəklər.

Diplomat əlavə edib ki, yaxın vaxtlarda iki ölkənin bank sektorları arasında əlaqələr genişləndiriləcək: "Gömrük rüsumlarının, yükdaşımalara görə rüsumların və digər xərclərin azaldılması ilə bağlı səmərəli danışıqlar da aparılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti