...

Azərbaycanın təchizat-yedək gəmisi əsaslı təmirdən çıxdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2016 18:56 (UTC +04:00)
“Nefteqaz-58” gəmisi əsaslı təmirdən çıxdı.
Azərbaycanın təchizat-yedək gəmisi əsaslı təmirdən çıxdı

Bakı. Trend:

"Nefteqaz-58" təchizat-yedək gəmisinin "Bibiheybət" gəmi təmiri zavodunda əsaslı təmiri yekunlaşıb. Gəminin yanalma və gediş sınaqları uğurla keçib.

Trend "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə istinadən məlumat verir ki, "Nefteqaz-58" istismara tam hazır vəziyyətdədir və Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qaz layihələrinin təminatında yaxından iştirak edəcək.

Qeyd edək ki, gəmidə xeyli iş görülüb. O, doka qaldırıldıqdan sonra bütün gövdəsi təmizlənərək rənglənib, baş və köməkçi mühərriklərində, əsas və yardımçı sükan qurğularında, boru sistemlərində lazımi yoxlama və təmir işləri görülüb. Gəminin elektrik avadanlıqları və avtomatikası tənzimlənib, xidməti və yaşayış otaqlarında heyətin çalışması və dincəlməsi üçün hər cür şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti