...

Azərbaycan, Rusiya və İran birgə dəmir yolunun inşasında investisiya məsələsini müzakirə edəcəklər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2016 15:48 (UTC +04:00)
Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması layihəsinin reallaşdırılması məsələsinin bu ölkələrin müvafiq qurumları tərəfindən kompleks şəkildə öyrənilməsi üzrə razılığa gəliblər.
Azərbaycan, Rusiya və İran birgə dəmir yolunun inşasında investisiya məsələsini müzakirə edəcəklər (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:08-da yayılıb)

Bakı. Elmira Tariverdiyeva, Maksim Tsurkov - Trend:

Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması layihəsinin reallaşdırılması məsələsinin bu ölkələrin müvafiq qurumları tərəfindən kompleks şəkildə öyrənilməsi üzrə razılığa gəliblər.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi layihəsinə investisiya imkanları barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, tərəflər layihənin reallaşdırılması məsələsini əyani öyrənəcək: "Müvafiq qurumlarımız Xəzərin qərb sahilləri üzrə "Şimal-Cənub" layihəsinin reallaşdırılmasının praktiki aspektlərinin əyani öyrənilməsinə başlayacaqlar. Bu, Nəqliyyat nazirliklərinin iştirakı ilə işi nəzərdə tutur. Nazirliklər layihənin texniki və maliyyə parametrlərinə baxmalıdırlar. Bu, həmçinin gömrük və konsul xidmətləri xətti üzrə qarşılıqlı fəaliyyəti ehtiva edir. Bu gün bununla bağlı razılığa gəldik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti