...

Azərbaycan və Meksika qeydiyyat və kadastr sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2016 20:24 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini arasında görüş keçirilib.
Azərbaycan və Meksika qeydiyyat və kadastr sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini arasında görüş keçirilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan bəhs edib. K.Həsənov Azərbaycanla Meksika arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin daima inkişaf etdiyini böyük məmnunluqla vurğulayıb.

Görüş zamanı komitənin fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirlər, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni islahatlar, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində əldə olunan nailiyyətlər də qeyd olunub. Komitə sədri fəaliyyət sahələri üzrə elektron və onlayn xidmətlərin tətbiqini, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı məqsədilə prosedurların sadələşdirilməsini xüsusilə qeyd edib. Eyni zamanda əmlak idarəçiliyində modern idarəetmə sistemi və innovativ üsulların tətbiqini, həyata keçirilən sosial yönümlü tədbirləri nəzərə çatdırıb.

Səfir səmimi qarşılanma, göstərilən isti münasibət və xoş ünsiyyət üçün komitə sədrinə minnətdarlığını bildirib. Diplomat ölkəmizdə həyata keçirilən quruculuq işləri və inkişaf templərinin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafını yüksək qiymətləndirdiyini qeyd edib.

Daha sonra görüşdə komitə sədri və səfir dövlət əmlakının özəlləşdirilməsi, qeydiyyat və kadastr sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti