...

DGK : 2016-cı ilin ilk üç ayı ərzində büdcə öhdəliyinə artıqlaması ilə əməl olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2016 14:13 (UTC +04:00)
2016-cı ilin ilk üç ayı ərzində büdcə öhdəliyinə artıqlaması ilə əməl olunub.
DGK : 2016-cı ilin ilk üç ayı ərzində büdcə öhdəliyinə artıqlaması ilə əməl olunub

Bakı. Trend:

2016-cı ilin ilk üç ayı ərzində büdcə öhdəliyinə artıqlaması ilə əməl olunub.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən bildirilib.

DGK bildirir ki, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanununa əsasən Dövlət Gömrük Komitəsi üçün cari ilə 1 milyard 810 milyon manat büdcə proqnozu müəyyənləşdirilib. Mövcud qaydalara görə, hər il DGK üçün proqnozlaşdırılan büdcə öhdəliyi Azərbaycan Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla aylar üzrə bölgü qrafiki təsdiqlənir.

Bölgüyə əsasən isə birinci rüb üzrə müəyyən olunan 363 milyon 260 min manat məbləğdə proqnoz faktiki olaraq 416 milyon 916 min manat həcmində yerinə yetirilməklə, büdcə öhdəliyinə birinci rübdə 114,77 faiz əməl olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti