...

Mayın 4-dən gömrük rəsmiləşdirilməsi e-bəyanetmə vasitəsilə həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2016 18:13 (UTC +04:00)
Mayın 4-dən etibarən gömrük rəsmiləşdirilməsi elektron bəyanetmə sistemi vasitəsilə həyata keçiriləcək.
Mayın 4-dən gömrük rəsmiləşdirilməsi e-bəyanetmə vasitəsilə həyata keçiriləcək

Bakı. Azad Həsənli - Trend:

Mayın 4-dən etibarən gömrük rəsmiləşdirilməsi elektron bəyanetmə sistemi vasitəsilə həyata keçiriləcək. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitəsi sahibkarların nəzərinə çatdırır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi 4 may 2016-cı il tarixdən etibarən elektron bəyanetmə sistemi vasitəsilə həyata keçiriləcək.

Xüsusilə diqqətə çatdırılır ki, bəyannaməçi təqdim etdiyi sənədlərin və təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə gömrük qanunvericiliyinə əsasən birbaşa məsuliyyət daşıyır.

Elektron bəyannamə "Elektron imza" ilə imzalanıb gömrük orqanına göndərilərək gömrük orqanları tərəfindən qəbul edilməsi təsdiq olunduqdan sonra hüquqi əhəmiyyətə malik sənəd sayılır və həmin bəyannamələrdə hər hansı bir məlumatın dəyişdirilməsi yolverilməzdir.

Bu səbəbdən təqdim edilmiş bəyannamədə buraxılmış hər hansı bir səhv gömrük orqanları tərəfindən ciddi tədqiq olunaraq, gömrük işi sahəsində hüquqpozma faktının müəyyən edilməsi məqsədilə xüsusi araşdırmalara göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti