...

"AtaHolding" ASC-yə AHİK-in diplomu təqdim edildi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2016 12:57 (UTC +04:00)
“AtaHolding” ASC-yə AHİK tərəfindən diplom təqdim edildi.
"AtaHolding" ASC-yə AHİK-in diplomu təqdim edildi (FOTO)

Bakı. Trend:

"AtaHolding" ASC-yə AHİK tərəfindən diplom təqdim edildi.

2016-cı il mayın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 aprel Ümumdünya əməyin mühafizəsi gününə həsr olunmuş "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"AtaHolding" ASC-nin kollektivinə Sağlam və Təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi devizi ilə 2015-ci ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə diplom təqdim edilib. Diplom "AtaHolding" ASC Həmkarkar komitəsinin sədri Gülnar Əliyevaya təqdim edilib.

Tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış edib. AHİK sədri öz çıxışında bildirib ki, Azərbaycanda ölkə başçısı tərəfindən aparılan quruculuq işləri, iqtisadi islahatlar, struktur dəyişiklikləri və sosial proqramların icrası, nəzərdə tutulmuş bütün investisiya layihələrinin vaxtında həyata keçirilməsi prosesi bütövlükdə müasir texnologiyanı özündə əks etdirən, beynəlxalq standartlara cavab verən iş yerlərinin açılmasına imkan verib.

"Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə əlaqədar respublika müsabiqəsinin 2015-ci ilin yekunlarının nəticəsinə görə AHİK-in müsabiqə komissiyası 155-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və sahə həmkarlar ittifaqını təmsil edən 42 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.

Tədbirdə "AtaHolding" ASC, "AtaSığorta" ASC və "Excelsior Hotel Baku" otelinin əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti