Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:55-də yayılıb)
Bakı. Azad Həsənli - Trend:
Azərbaycan gömrüyündə "yaşıl dəhlizlər" 1-2 ay ərzində fəaliyyət göstərməyə başlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov deyib.
Onun sözlərinə görə, "yaşıl dəhlizlər" quru və dəniz sərhədlərində tətbiq ediləcək: "Bu dəhlizlər yükdaşımaları yüngülləşdirmək üçün tətbiq edilir".
Ş.Bağırov qeyd edib ki, Dövlət Gömrük Komitəsi beynəlxalq təcrübədən yararlanaraq sistemi yerli biznes üçün uyğunlaşdırıb: "Hazırlıq işləri yekun mərhələdədir. "Yaşıl dəhliz"in əsas məqsədi nəqliyyat vasitəsilə gömrüyü keçərkən sadələşdirilmiş gömrük prosedurlarının tətbiqi və gömrük ödənişlərinin təmin edilməsidir".