...

Nazir: İstifadə edilməyən torpaqlara görə vergi ödənilməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2016 16:16 (UTC +04:00)
Azərbaycan əhalisi istifadə edilməyən torpaqlara görə vergi ödəməlidir.
Nazir: İstifadə edilməyən torpaqlara görə vergi ödənilməlidir

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan əhalisi istifadə edilməyən torpaqlara görə vergi ödəməlidir. Trend-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində istifadəsiz torpaqların aşkar olunması üzrə monitorinqi davam etdirir: "Bu proses hələ başa çatmayıb, çünki bura bir neçə dövlət strukturı cəlb edilib. Kənd Təsərrüfatı Nazirliyindən başqa, burada İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət komitəsi də iştirak edir".

H.Əsədov qeyd edib ki, nazirlik sözügedən məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlayıb: "Biz qanuna dəyişikliklər hazırlamışıq, dəyişikliklər parlament tərəfindən qəbul olunub və ümid edirəm ki, tezliklə dövlət başçısı tərəfindən təsdiq olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti