...

Azərbaycanda balıq qıtlığı aradan qaldırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2016 13:34 (UTC +04:00)
Azərbaycanda su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılıb.
Azərbaycanda balıq qıtlığı aradan qaldırılır

Bakı. Samir Əli - Trend:

Azərbaycanda su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılıb. Trend-in xəbərinə görə, bu barədə ekologiya və təbi sərvətlər naziri Hüseynqulu Bağırov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Nazir qeyd edib ki, Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb: "Artıq burada Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilmişdir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalmaqdadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti