...

Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2016 19:47 (UTC +04:00)

Bakı. Trend:

İyunun 2-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair növbəti təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Audit fəaliyyəti. Daxili audit" mövzusuna həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.

Təlimdə İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov audit fəaliyyətinin əhəmiyyəti, nəzarət sistemində daxili audit xidmətinin rolu, bu sahədə beynəlxalq təcrübə və s. barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Ümumilikdə korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 2016-cı ildə İqtisadiyyat Nazirliyi tərəfindən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq 4 belə təlim keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti