...

Baş Konsul: Azərbaycan iqtisadi əməkdaşlıqda İranın əsas tərəfdaşlarından hesab olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2016 13:13 (UTC +04:00)
Qərbi Azərbaycan vilayətinin ticari heyətinin Naxçıvan Muxtar Respublikasına iki günlük səfəri başlayıb.
Baş Konsul: Azərbaycan iqtisadi əməkdaşlıqda İranın əsas tərəfdaşlarından hesab olunur (FOTO)

Bakı. Trend:

Qərbi Azərbaycan vilayətinin ticari heyətinin Naxçıvan Muxtar Respublikasına iki günlük səfəri başlayıb.

Trend-in məlumatına görə, heyət üzvləri Naxçıvanda İranın Baş Konsulu Mansour Airom ilə görüşüblər. Qərbi Azərbaycan Vilayət Kooperativ otağının rəisi Şərifixahın başçılığı ilə vilayətin iqtisadiyyat və ticarət sahəsində fəailiyyət göstərən iş adamlarından ibarət 40 nəfərlik heyət görüşdə bazar ilə tanışlıq, sərhəd ölkələrlə iqtisadi əməkdaşlığın inkiş etdirilməsi və Naxçıvan Muxtar Respublikasına qeyri-neft məhsullarının ixracının artırılması ilə bağlı müzakirələr aparıblar.

Qarşılıqlı ticari əlaqələrin inkişafında ticarət palatalarının və kooperativ otaqlarının təsiri və iki ölkənin iqtisadi vəziyyətinin araşdırılması məqsədi ilə təşkil olunan görüşdə Baş Konsul İran ilə Azərbaycan arasında müxtəlif, o cümlədən iqtisadi, siyasi və mədəni sahələrdə iş adamlarının fəailiyyətinin vacibliyini və bu sahələrdə uyğun əməkdaşlıq imkanlarının mövcudluğunu diqqətə çatdırıb. O, bunun üçün qanunlar çərçivəsində lazımi tədbirlərin görülməli olduğunu tövsiyə edib.

Baş Konsul bildirib ki, Azərbaycan və Naxçıvan Muxtar Respublikası iqtisadi əməkdaşlıqda İranın əsas tərəfdaşlarından hesab olunur, mövcud və gələcək imkanları nəzərə alaraq istehsal və xidmət mübadiləsində böyük potensiala malikdir. Müştərək əlaqələrin və xüsusi şəraitin olması iqtisadi əməkdaşlıq yaratmaq baxımından standard və yüksək keyfiyyətli məhsul istehsalı və xidmət sahəsində rəqabətə dayanıqlı iqtisadi imtiyazlar mövcuddur.

Baş konsul həmçinin Naxçıvan Muxtar Respublikasının iqtisadi və hüquqi mühiti barədə məlumat verərək, muxtar respublikada iqtisadi fəailiyyətin yollarını izah edib. O, keçən bir il ərzində görülən işlərdən danışaraq 2015-ci ilin avqust ayında Qərbi Azərbaycan vilayətinin birinci istehsal imkanları sərginin naxçıvanda keçirildiyini və bunun nəticəsində tikinti və yeyinti sənayesində bəzi əməkdaşlıq müqavilələrinin imzalandığını diqqətə çatdırıb və əməkdaşlıqlar sayəsində gömrük rəsmləşmələrinin sadələşdirilməsi, standarlaşdırma sahəsində birgə iclasın təşkilini, gömrük iş saatlarının artırılmasını, Culfa gömrüyünün tranzit şöbəsinin cümə günündə də fəailiyyət göstərməsini, Poldəşt gömrük terminal kompleksinin istifadəyə verilməsini, yük daşınması sahəsində əldə olunan bəzi razılaşmaların olmasını, Naxçıvan-Məşhəd dəmir yolu xəttinin yaxın gələcəkdə istifadəyə veriləcəyini və iranlı sahibkarların öz tərəf müqabilləri ilə müxtəlif sahələrdə əməkdaşlıq etmələrini əlaqələrin inkişafında müsbət hal kimi dəyərləndirib.

Baş Konsul qeyd edib ki, ikitərəfli davamlı dayanıqlı iqtisadi hədəflərin araşdırılması və icrası məqsədi ilə Baş Konsulluq hər iki ölkənin əsas iqtisadi qolu olan sənaye sahiblərinə, iş adamlarına, ixracatçılara bütün növ xidmətləri göstərməyə hazırdır.

Qərbi Azərbaycan vilayəti Kooperativ otağının rəisi Şərifixah özəl sektorun təyin olunan iqtisadi hədəflər üzrə daha çox fəailiyyət göstərməli olduqlarının vacibliyini diqqətə çatdıraraq, iqtisadi və ticari heyətlərin digər ölkələrin bazarlarındakı aktiv fəailiyyətlərindən söhbət açıb və bunun davamlı dayanıqlı iqtisadın əhəmiyyətli bir hissəsi olduğunu bildirib. O qeyd edib ki, əl-ələ verərək gələcəkdə iki tərəfli iqtisadi əlaqələrin inkişafının şahidi olacağıq.

Səfər çərçivəsində naxçıvanlı iş adamları ilə birgə Naxçıvan şəhərindəki Biznes Mərkəzində müştərək biznes forum təşkil olunub. Naxçıvan məhsullarının sərgisi ilə tanış olduqdan sonra Naxçıvan MR İqtisadiyyat nazirinin müavinləri Anar Əhmədov və Emin Zeynalovun, Qərbi Azərbaycan Vilayəti Kooperativ otağının rəhbəri Şərifixahın iştirakı ilə biznes forum işinə başlayıb.

Naxçıvanlı məsul şəxslər imtiyazlar, iqtisadi potensial, əməkdaşlıq sahələri barədə məlumat veriblər. Onların əsas təkliflərindən biri müştərək məhsulların istehsalından və üçüncü ölkələrə ixracından ibarət olub. Biznes forumun əsas hədəflərindən biri investisiya, ticarət, kənd təsərrüfatı və sənaye sahəsində fəailiyyət göstərən sahibkarlara xüsusi imtiyazların verilməsi barədə məlumatın diqqətə çatdırılması olub. Forum çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər proqramı çərçivəsində Qərbi Azərbaycan Vilayətindən olan iqtisadi heyət səfərin ikinci günü Naxçıvan MR-nın önəmli istehsal müəssisələri ilə tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti