...

"Azneft" İB-nin yeni istehsalat obyektləri tikilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2016 13:59 (UTC +04:00)
“Günəşli” yatağında yerləşən 14 saylı dərin dəniz özülündə növbəti 2 quyunun qazılması üzrə yenidənqurma işləri aparılır.
"Azneft" İB-nin yeni istehsalat obyektləri tikilir

Bakı. Trend:

“Günəşli” yatağında yerləşən 14 saylı dərin dəniz özülündə növbəti 2 quyunun qazılması üzrə yenidənqurma işləri aparılır.

Trend SOCAR-ın saytına istinadən xəbəbr verir ki, yaxın günlərdə quyu şaxtaları quraşdırılacaq. Artıq yataqda yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 2-ci qazma qurğusunun avadanlıqlarının quraşdırılması işlərinə başlanılıb.

Özüldə 20 quyunun qazılması nəzərdə tutulur ki, həmin avadanlığın quraşdırılması bu işləri daha da sürətləndirəcək. “Neft Daşları” yatağında da mühüm tədbirlər həyata keçirilir.

Yataqdakı 2585 saylı özüldən növbəti 8 quyunun qazılması üçün maneçilik törədən mövcud texnoloji xətlərin və avadanlıqların köçürülməsi və yenidən qurulması işləri davam etdirilir.

N.Nərimanov adına NQÇİ-nin 2 saylı qazma məntəqəsinin tikintisi işləri çərçivəsində 4 ədəd dayaq bloku və digər metal konstruksiyalar (aralıq seksiyaları, yanalma meydançaları və s.) tikinti nöqtəsinə nəql olunmuşdur.

Növbəti mərhələdə isə daha 2 ədəd dayaq blokunun nəqli planlaşdırılır. Neft-qaz infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tikinti-quraşdırma işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti