Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) əhalinin 4 bağlanmış bankdakı əmanətlərini qaytarmaq üçün Mərkəzi Bankdan 100 milyon manat həcmində 2 illik kredit cəlb edəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
O bildirib ki, bu gün ərzində kredit xətti açılacaq: "Biz krediti iki il müddətinə cəlb etmişik, fikrimcə, onun ödənişini daha əvvəl başa çatdıracağıq. Hazırda fondun vəsaiti 26 milyon manat təşkil edir. Bundan başqa, ləğv edilən 4 bankın müxbir hesablarında təqribən 20 milyon manat vəsait var".