...

Bəzi gümüş məmulatlarının ixracına tətbiq edilən gömrük rüsumlarının dərəcələri artırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2016 13:01 (UTC +04:00)
Nazirlər Kabinetinin qərarına əsasən, ölkədən ixrac edilən bəzi gümüş məmulatlarına tətbiq edilən gömrük rüsumlarının dərəcələri 0,5 faizdən 10 faizə qədər artırılıb. Həmçinin qərara əsasən, gömrük rüsumunun məbləği 1000 kq-a 300 ABŞ dollarından az olmamalıdır.
Bəzi gümüş məmulatlarının ixracına tətbiq edilən gömrük rüsumlarının dərəcələri artırılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Nazirlər Kabinetinin qərarına əsasən, ölkədən ixrac edilən bəzi gümüş məmulatlarına tətbiq edilən gömrük rüsumlarının dərəcələri 0,5 faizdən 10 faizə qədər artırılıb. Qərara əsasən, həmçinin gömrük rüsumunun məbləği 1000 kq-a 300 ABŞ dollarından az olmamalıdır.

Trend-in məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli qərarında dəyişikliklərdə öz əksini tapıb.

Qərara əsasən, gömrük rüsumlarının yeni dərəcələri aşağıdakı kimidir:

7402 00 000 0 saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 21 000 0 mis və sink əsasında ərintilər (latun) - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 22 000 0 mis və qalay əsasında ərintilər (tunc) - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7403 29 000 0 digər mis ərintiləri (7405 mal mövqeyindəki liqaturalardan başqa)
- 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7404 00 Mis tullantıları və qırıntıları:

7404 00 100 0 - saflaşdırılmış misin - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

- mis ərintilərinin:

7404 00 910 0 - - mis və sink əsasında ərintilər (latun) - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla
7404 00 990 0 - - digərləri - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

Qeyd edək ki, yeni dərəcələr sentyabrın 5-dən qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti