...

Azərbaycanda yenilik - regional aqrokimyəvi laboratoriyalar yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2016 13:40 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin 12 regionunda aqrokimyəvi laboratoriyalar yaradacaq.
Azərbaycanda yenilik - regional aqrokimyəvi laboratoriyalar yaradılır

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin 12 regionunda aqrokimyəvi laboratoriyalar yaradacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədov bildirib: "Artıq tender keçirilib və qalibi də müəyyən olunub. Təxminən bu ilin sonu-gələn ilin əvvəlinə 12 regionda aqrokimyəvi laboratoriyaların qurulması üzrə işlərə start veriləcək ki, bundan sonra treninqlər başlanacaq. Bu, genişmiqyaslı prosesdir".

Nazir əlavə edib ki, həmçinin veterinar, eləcə də fitosanitar laboratoriyalar yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti