...

Nazir: Türkiyə Azərbaycanla gömrük prosedurlarını sadələşdirmək niyyətindədir (ÖZƏL) (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2016 10:57 (UTC +04:00)
Ankara Azərbaycanla gömrük prosedurlarının sadələşdirilməsini qarşısına hədəf qoyub.
Nazir: Türkiyə Azərbaycanla gömrük prosedurlarını sadələşdirmək niyyətindədir (ÖZƏL) (YENİLƏNİB)

Bakı. Orxan Quluzadə - Trend:

Ankara Azərbaycanla gömrük prosedurlarının sadələşdirilməsini və Rusiya ilə Türkiyə arasında mövcud dəhliz kimi "yaşıl dəhliz" yaradılmasını qarşısına hədəf qoyub.

Bunu Trend-ə eksklüziv açıqlamasında Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi deyib.

Nazir deyib ki, gömrük və ticarət nazirliyi Türkiyənin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə türk məhsullarının yeni bazarlara çıxması üçün gömrük prosedurlarını sadələşdirmək və sürətləndırmək niyyətindədir:

"Türkiyə ticarət prosedurlarının sadələşdirilməsi ÜTT sazişinə də qoşulub. Bu, bizim iş adamları üçün böyük imkanlar yaradır”.

Onun sözlərinə görə, yaxın illərdə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tutulur.

Nazir qeyd edib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına investisiya qoyan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında liderlik edir:

“Əsas investor Azərbaycan Dövlət Neft Şirkətidir. Türkiyə və Azərbaycan TANAP-ın ən iri investorlarındandır. Bundan başqa, Azərbaycan hotel biznesi, xəstəxana tikintisi və tibbi sahələrdə investisiyalara malikdir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti