Rövnəq Abdullayev: SOCAR istiqrazları vətəndaşlarımız üçün sabit qazanc mənbəyinə çevrilib (MÜSAHİBƏ)

Rövnəq Abdullayev: SOCAR istiqrazları vətəndaşlarımız üçün sabit qazanc mənbəyinə çevrilib (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanda ilk dəfə buraxılan SOCAR istiqrazları, onların investorlar üçün yaratdığı gəlir imkanları və ilk faiz ödənişi ilə bağlı Trend-in suallarına SOCAR-ın prezidenti Rövnəq Abdullayev cavab verir.

- Rövnəq müəllim, SOCAR-ın maliyyə vəziyyəti necədir? Son bir neçə ayda dünya bazarında neftin qiyməti artır. Bu amil şirkətin maliyyə durumuna təsir edibmi?

- Şirkətimizin 2016-cı il üzrə illik fəaliyyəti ilə bağlı hesabatlar hələ hazırlanır. Amma qeyd etmək istəyirəm ki, digər məsələlərlə yanaşı, dünya bazarında neftin qiymətinin ötən ilə nisbətən 2 dəfə artıq olması da SOCAR-ın iqtisadi durumuna müsbət təsir göstərib. Paralel olaraq bir sıra dəyişikliklər – həm hökumət, həm də şirkətin özü tərəfindən atılan addmlar şirkətin maliyyə durumunun daha dayanıqlı və sağlam olmasına şərait yaradıb.

- İlk sualımızın şirkətin maliyyə durumu ilə bağlı olmasının səbəbi odur ki, indi bu məsələ SOCAR istiqrazlarının sahiblərini də maraqlandırır. 2016-cı ildə SOCAR-ın ən mühüm yeniliklərindən biri də SOCAR istiqrazlarının buraxılması oldu. Artıq bu günlərdə istiqrazlar üzrə ilk faiz ödənişi də həyata keçirildi.

- Doğrudan da, SOCAR istiqrazlarının buraxılması şirkətimiz üçün çox mühüm hadisə oldu. İşin maliyyə tərəfindən başqa, bu addım nəticəsində ölkə vətəndaşları ilə SOCAR arasında bir tərəfdaşlıq da yarandı. İstiqrazlar üzrə ilk faiz ödənişini həyata keçirdik. İstiqraz sahiblərinin hesabına 1,25 milyon dollar köçürüldü. Bu, Azərbaycan maliyyə bazarında çox vacib bir addımdır.

- SOCAR bu il ərzində istiqraz sahiblərinə ümumilikdə 5 milyon dollar faiz ödəyəcək. Şirkətin bununla bağlı çətinliyi olmayacaq ki?

- Şirkətimiz 40 milyard manatlıq aktivləri, 13,5 milyard manatlıq səhm kapitalı, 1,6 milyard manatlıq nizamnamə kapitalı ilə Azərbaycanda ən etibarlı borc ödəyicisidir. Bu etibarlılıq xaricdə buraxdığımız avrobondlara xarici investorların göstərdiyi yüksək maraqla da öz təsdiqini tapıb. Bu səbəbdən, SOCAR-ın maliyyə imkanlarını nəzərə alanda, faiz ödənişləri üçün heç bir narahatlıq yoxdur. Əksinə, onu da deyim ki, hətta faizlərin pulunu bir həftə əvvəldən köçürmüşdük ki, ödəniş vaxtında olsun. Növbəti ödənişlər də bu formada vaxtında olacaq. Yəni istiqraz sahibləri rahat şəkildə gəlirlərini əldə edəcəklər. Bundan başqa, SOCAR buraxdığı istiqrazların likvidliyini 5 il boyunca daim təmin edəcək, bazarda alıcı qismində çıxış edərək, investorların maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq.

- Sizcə, SOCAR istiqrazlarının şərtləri və gəlirlilik səviyyəsi investorları qane edirmi?

- Əlbəttə, əks halda istiqrazlara tələbat iki qat artıq olmazdı. 100 milyon dollarlıq həcmdə buraxılan istiqrazlara tələbat 200 milyon dollardan artıq oldu. İstiqrazların şərtləri hazırkı şərait üçün çox əlverişlidir. SOCAR istiqrazları dollarla, 5 illik müddətə, illik 5%-lə buraxılıb. Faiz ödənişləri isə ildə 4 dəfə - hər 3 aydan bir həyata keçirilir. Bu xüsusiyyətlərə sahib olan və geniş kütlələrin marağına cavab verən belə bir investisiya aləti xaricdəki inkişaf etmiş maliyyə bazarlarında da mövcud deyil. Bu da Azərbaycan xalqına nə qədər əlverişli bir investisiya aləti təqdim etdiyimizi göstərir. İnkişaf etmiş bazarlarda faiz göstəricilərinin sıfır civarında olduğunu da xatırlatmaq istərdim. Bu da imkan verir ki, investorlar SOCAR istiqrazlarından uzun müddət ərzində sabit gəlir götürsünlər. İnvestorlar bunun necə mühüm bir üstünlük olduğunu yaxşı bilirlər.

- İstiqraz satışından əldə olunan 100 milyon dollar vəsait hansı məqsədlə istifadə olunur?

- İstiqrazlardan əldə olunan vəsaitlər ilk növbədə xaricdə buraxdığımız avrobondların geri alınmasına sərf olunur. İstiqraz buraxmaqla biz, əvvəla, xaricə hər il milyonlarla dollar faiz ödəməyin qarşısını alırıq, bu faizlər əcnəbilərə gəlir qazandırmaqdansa, öz vətəndaşlarımıza ödənilir və valyuta da ölkəmizdə qalır. İkincisi, SOCAR-ın özünün faiz xərcləri azalır, vəsaitlərimizi daha səmərəli istifadə edirik. Üçüncüsü isə, bildiyimiz kimi, indi vətəndaşlarımız öz pullarının 80%-ni, bəlkə də daha artığını, dollara çevirib passiv vəziyyətdə evlərdə və seyflərdə saxlayırlar. Bu pullar nə iqtisadiyyata, nə də öz sahiblərinə gəlir gətirir. SOCAR istiqrazlarının buraxılması isə imkan verir ki, hazırda heç bir fayda verməyən bu pullar aktiv iqtisadiyyata cəlb olunsun.

- Təkrar bazarda SOCAR istiqrazlarına maraq hansı səviyyədədir?

- Mənə verilən məlumata görə, istiqrazların təkrar bazarda da alqı-satqısı olduqca fəaldır. Biz elan etmişdik ki, istiqrazları ən azı 1000 dolardan, yəni nominal qiymətə almağa hazırıq. Yəni istiqraz sahibləri istiqrazlarını satmaq istəsəydilər, azı bu qiymətə sata biləcəkdilər. Onu da deyim ki, dünyanın heç bir yerində istiqrazlara görə belə şərt qoyulmur. Bizim xarici məsləhətçilərimiz də başa düşə bilmirdilər ki, istiqrazlara niyə belə zəmanət veririk. Biz isə istəyirik ki, vətəndaşlarımız istiqrazların tam təhlükəsiz olduğuna əmin olsun.

Amma heç buna ehtiyac olmayıb. İstiqrazını satmaq istəyənlər şəxslər bizə gəlib çatmadan onları başqa müştərilər daha yüksək qiymətə alıblar. Yəni indiyədək heç bir istiqraz 1000 dollara satılmayıb. Bütün satışlar bundan yüksək qiymətə olub.

- SOCAR istiqrazları ilə bağlı yerli və xarici investorlara vermək istədiyiniz əlavə məlumatınız varmı?

- Biz bu istiqrazları ilk növbədə öz vətəndaşlarımız üçün, onların da gəlir götürməsi üçün buraxmışıq. Ona görə də ilkin abunə yazılışında yalnız yerli hüquqi və fiziki şəxslər istirak edə bilərdi. Təkrar bazarda isə istiqrazları həm yerli, həm də xarici şəxslər və şirkətlər ala bilərlər. Özü də dünyanın, o cümlədən Avropanın və region ölkələrinin kapital bazarlarındakı vəziyyəti nəzərə alsaq, SOCAR istiqrazları xarici investorlar üçün çox yaxşı, hətta mən deyərdim, yüksək səviyyədə gəlir mənbəyi ola bilər. Təsəvvür edin, Avropanın əksər bankları mənfi faizlə işləyir, yəni bura vəsait yatıranlar faiz qazanmır, əksinə, bankın özünə pul ödəyirlər. Bu mənada illik 5%-lik SOCAR istiqrazları onlar üçün çox böyük gəlir mənbəyi ola bilər.

- İstiqrazların buraxılması həm də ölkənin kapital bazarında canlanma yaratmalı və onu inkişaf etdirməli idi. Bu sahədə hansısa irəliləyişə nail olunubmu?

- SOCAR istiqrazlarının buraxılması həm də Azərbaycanın qiymətli kağızlar bazarı üçün mühüm hadisə oldu. Məsələ bundadır ki, istiqraz buraxılışına hazırlıq ərəfəsində kapital bazarının bütün infrastrukturuna yenidən baxıldı, əməliyyatların sürətli və sadə aparılması, o cümlədən istiqrazların asanlıqla alınıb-satılması üçün bütün mexanizmlər sadələşdirildi. Nəticədə, istiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağd vəsaitə çevirə bilərlər. Əlavə olaraq, istiqrazlardan əldə edilən gəlirlər də 5 illik müddətə vergidən azad edildi. Bu da o deməkdir ki, SOCAR istiqrazlarının və digər istiqrazların sahibləri də müddətin sonunadək vergidən azaddırlar.

Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
AccessBank-da iş var
AccessBank-da iş var
Loading Bars
Xəbər lenti
İşğaldan azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı barədə müzakirə aparılıb (FOTO)
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
30 tona yaxın yararsız məhsul məhv edilib
"JP Morgan" ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)
Magistraturaya hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçiriləcək
Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub
Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olan zaman baş verib
Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq - Səttar Möhbalıyev
AccessBank-da iş var
Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb
Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib (YENİLƏNİB)
Xəzər dənizində zəlzələ olub
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib
“Gənclərin biznes emalatxanası” layihəsinə start verilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Küçədə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma aparılır
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)
Çin Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü barədə bəyanat verib
“SOCAR Türkiyə” əməliyyatların 90 faizini dollarla aparır - Baş direktor
Ötən gün ölkədə 16 yanğın olub, bir nəfər xilas edilib (VİDEO)
Ölmüş heyvan ətinin satışının qarşısı alınıb (FOTO)
“SOCAR Türkiyə”nin gəlirləri açıqlanıb
Çoxmənzilli binalarda işıq sayğacları MTK hesabına quraşdırılmalıdır - Dövlət Xidməti
İnsan alverində təqsirləndirilən qadın 8 il azadlıqdan məhrum edildi
Azərbaycanda 20 mindən çox koronavirus testi istehsal olunub
MDU Erasmus+ layihəsi çərçivəsində tərəfdaşlığını davam etdirir (FOTO)
Bakıda küçədə döyülən şəxs xəstəxanada öldü
Azərbaycanda sığorta sektorunda yeniliklər planlaşdırılır
Bu il Petkimin gəlirləri rekord həddə olacaq - Zaur Qəhrəmanov
Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir - Aİ (FOTO)
Kazanda “Müasir Müsəlman Mədəniyyəti Gənclər Festivalı” öz işini başa çatdırıb (FOTO)
Müayinədən keçirilmiş 2193 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib - DİN-in idarə rəisi
Cəbrayılda minaya düşən fəhlənin videogörüntüləri yayıldı
QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi”ni keçirir
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
TANAP-dan Türkiyəyə ötürülən qazın həcmi 13.4 milyard kubmetrə çatıb
Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib (FOTO)
Gələn həftə BMT Beynəlxalq məhkəməsi Ermənistana qarşı qərarı açıqlayacaq
Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16.5 milyard dolları keçib (FOTO)
“Şəki” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
Azərbaycandan Türkiyəyə qaz ixracının həcmi açıqlanıb
Ata Abdullayevə dedim, bir quzu kəsdirim verim sənə, razılaşmadı - Masazır bələdiyyəsinin sədri
HHM bölmələrinin döyüş atışları keçirilib (VİDEO)
Lirənin ucuzlaşması SOCAR-ın Türkiyədəki gəlirlərinə necə təsir göstərir?
IBF Bakı Forumu Azərbaycana investisiya axınını artıracaq - MÜSİAD Azərbaycanın rəhbəri
İƏT-in XV Zirvə Toplantısında verilən qərarlar Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi - Bəhruz Quliyev
Koronavirusun yeni ştammı – omikron. Ölkəmiz üçün bu təhlükə realdırmı? - Mərkəzi Gömrük Hospitalının şöbə rəisi
Karantini pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb (FOTO)
Azərbaycanda 2022-2023-cü illərdə neft hasilatı üzrə proqnozlar açıqlanıb
Xorvatiya mətbuatı Azərbaycanın Qarabağda nəqliyyat, kənd təsərrüfatı və “smart city” təcrübəsindən yazıb (FOTO)
Cənub rayonlarında elektrik təsərrüfatı yenilənir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
Türkiyədə 5 baldan yuxarı zəlzələ olub
Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Gürcüstandan gətirilən 90 tona yaxın kartof geri qaytarıldı
Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb, bir nəfər xəsarət alıb
Kəlbəcərin Qılınclı kəndi (VİDEO)
Ötən ay sosial müavinət alanların 85 faizi qadınlar olub
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Bakıda 23 yaşlı qadın əri tərəfindən qətlə yetirilib
"Kazinform" "Türk dünyası" (turkic.world) media platformasına qoşulub (FOTO)
Azərbaycanda elektrik enerjisi istehsalı və ixracı artıb
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
Xarici valyutaların manata qarşı məzənnələri
Bu il 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb (ÖZƏL)
Azərbaycanın tarixi qələbəsi İƏT-in gələcək fəaliyyəti üçün yeni perspektivlər açıb - Kamaləddin Qafarov
Göygöldə it döyüşdürən şəxslər saxlanılıb (FOTO)
Supsa terminalından Azərbaycan nefti yüklənmiş 1000-ci tanker yola salınıb
Yaponiya koronavirusa qarşı tədbirləri sərtləşdirir
ABŞ Pfizer peyvəndinin "buster" dozasını 16-17 yaşlılar üçün təsdiq edə bilər
Məşhur geyim brendlərinin yalanının üstü açılıb
Avstriyada peyvənddən imtina edənləri cərimələmək və həbs etmək təklif olunur
ÜST dünya ölkələrinə "omikron" ştammına qarşı fəaliyyət planı hazırlamağı tövsiyə edib
İtaliya və İspaniyanı qarlı və şaxtalı hava cənginə alıb
Bütün xəbərlər