Bakı. Trend:
Yanvarın 23-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,8559 səviyyəsində formalaşıb.
Qeyd edək ki, yanvarın 23-nə USD/AZN rəsmi məzənnəsi 1,8311 manat təşkil edir.