Moldova Baş nazirinin müavini də Bakıya gələcək

Bakı. Səba Ağayeva - Trend:
Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası fevralın sonu, martın əvvəlində keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.
O qeyd edib ki, iclasda iştirak etmək üçün Bakıya Moldova Baş nazirinin müavini Oktavian Kalmık səfər edəcək.
Moldova XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək
"İclas zamanı ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə baxılması planlaşdırılır. Həmçinin yeni sənədlər üzərində iş gedir. Eləcə nəqliyyat və digər sahələrdə saziş layihələri üzrə iş aparılır".