...

Kooperativ bazarlarda satış qaydalarının pozulmasına görə cərimələr müəyyənləşdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2017 00:08 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 30 dekabr tarixli qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Kooperativ bazarlarda satış qaydalarının pozulmasına görə cərimələr müəyyənləşdi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 459-1-ci maddə əlavə edilir:

“Maddə 459-1. Kooperativ bazarlarda satış qaydalarının pozulması

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda Azərbaycan Respublikasında fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə -

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti