Bakı. Azad Həsənli - Trend:
Üçüncü sosial yaşayış kompleksi də Bakıda tikilə bilər.
Trend-in məlunatına görə, bunu jurnalistlərə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.
Onun sözlərinə görə, bu binaların ilk növbədə Bakıda tikilməsinin səbəbi paytaxtda sosial mənzilə olan böyük tələbatdır.
S.Nuriyev qeyd edib ki, sosial mənzillərin respublikanın digər rayonlarında tikilməsi imkanları öyrənilir.
Qeyd edək ki, hazırda sosial mənzillərin tikintisi Bakının Yasamal və Suraxanı rayonlarında davam etdirilir.