...

Meyvə-tərəvəz istehsalçılarının nəzərinə

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2017 17:49 (UTC +04:00)
Azərbaycanda meyvə və tərəvəzin yetişdirilməsi və emalı üzrə ixtisaslaşan şirkətlərin Almaniyanın Bavariya vilayətinə səfəri planlaşdırılır.
Meyvə-tərəvəz istehsalçılarının nəzərinə

Bakı. Trend:

24-28 aprel tarixlərində Azərbaycanda meyvə və tərəvəzin yetişdirilməsi və emalı üzrə ixtisaslaşan şirkətlərin Almaniyanın Bavariya vilayətinə səfəri planlaşdırılır.

Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, səfərin məqsədi müvafiq yerli şirkətlərii Bavariyanın avadanlıq istehsalçıları ilə, o cümlədən meyvə və tərəvəz yetişdirilməsi və emalı üçün yeni texnologiyalarla tanış etməkdən ibarətdir.

İştirakla bağlı 160 avro məbləğində rüsum, viza rüsumu və beynəlxalq nəqliyyat xərcləri iştirakçılar tərəfindən, digər xərclər isə Bavariya vilayəti tərəfindən ödəniləcək.

Azərbaycanda meyvə və tərəvəzin yetişdirilməsi və emalı üzrə ixtisaslaşan şirkətlərdən maraqlananlar aşağıda göstərilən əlaqə vasitələrindən istifadə edərək ətraflı məlumat əldə edə bilərlər:

Tel.: +99412 5980147/48 (dax.: 108)
E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti