...

Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri Bakıda görüşəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2017 10:43 (UTC +04:00)
Mayda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri rəhbərlərinin görüşü keçiriləcək.
Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri Bakıda görüşəcəklər

Bakı. Ənvər Məmmədov - Trend:

Mayda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri rəhbərlərinin görüşü keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov Bakı-Tbilisi-Qars layihəsinin gömrük məsələləri üzrə üçtərəfli texniki görüşündə deyib.

Ş.Bağırov qeyd edib ki, görüşdə dəmiryolu dəhlizinin istismara verilməsindən sonra gömrük orqanlarının fəaliyyət formaları müəyyən ediləcək:

"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi üzrə işlərin böyük əksəriyyəti artıq görülüb, Gürcüstan və Türkiyə ərazisində cüzi işlər qalıb. Bu da yaxın aylarda başa çatacaq. Mayda Bakıda gömrük orqanları rəhbərlərinin görüşü baş tutacaq və müvafiq memorandum imzalanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti