Bakı. Ənvər Məmmədov - Trend:
Kənd Təsərrüfatı Nazirliyi ölkənin 11 bölgəsində aqrokimya laboratoriyasının yaradılmasını başa çatdırıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə nazir Heydər Əsədov deyib.
Nazirin sözlərinə görə, hazırda mütəxəssislərin hazırlığı prosesi gedir: “Yaxın aylar ərzində bu laboratoriyalarda torpaq təhlilləri aparılacaq”.
H.Əsədov qeyd edib ki, bu təhlillər regionlarda kənd təsərrüfatının daha da yaxşılaşmasına kömək edəcək.