...

Sərnişindaşıma ilə məşğul olan şirkətlərə XƏBƏRDARLIQ edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2017 10:58 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi yay mövsümü ilə əlaqədar daşıyıcı şirkətlərə xəbərdarlıq edib.
Sərnişindaşıma ilə məşğul olan şirkətlərə XƏBƏRDARLIQ edildi

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi yay mövsümü ilə əlaqədar müntəzəm marşrutların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq məktubu göndərib.

Qurumdan Trend-ə verilən məlumata görə, məktubda iqlim şəraiti ilə əlaqədar havanın temperaturunun yüksək olmasını nəzərə alaraq, avtobuslarda havalandırma və soyutma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, həmçinin havalandırma və soyutma sistemi ilə təchiz olunmamış avtonəqliyyat vasitələrində hava şəraitinin isti olması ilə əlaqədar sürücülərin avtobusların qapısını açıq vəziyyətdə idarə etməmələri ciddi şəkildə tapşırılıb.

Bundan başqa, yay mövsümü ilə əlaqədar sərnişinlərin çimərlik ərazilərinə daşınmasında fasiləsizliyin təmin edilməsi məqsədilə avtobus saylarının tənzimlənməsi, sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi ilə bağlı da daşıyıcılara tapşırıq verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti