...

Azər Türk Bankın növbəti uğuru

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2017 16:18 (UTC +04:00)
Azərbaycan maliyyə-kredit təşkilatları sırasında əldə etdiyi yüksək nəticələrə görə ilk onluqda qərarlaşan Azər Türk Bank bu günlərdə daha bir uğura imza atıb.
Azər Türk Bankın növbəti uğuru

Bakı. Trend:

Azərbaycan maliyyə-kredit təşkilatları sırasında əldə etdiyi yüksək nəticələrə görə ilk onluqda qərarlaşan Azər Türk Bank bu günlərdə daha bir uğura imza atıb.

Bankdan Trend-ə verilən məlumata görə, MasterCard beynəlxalq ödəniş sistemi tərəfindən Bakıda təşkil olunmuş “Future is now” tədbirində Azər Türk Bank “MasterCard Platinum, Black Edition və World Elite kartlarının say miqdarını ən çox artıran bank” nominasıyasında qaliblər sırasında yer alıb. Four Seasons otelində təşkil olunmuş təntənəli mərasimdə ölkədə Premium kartlarını ən çox emissiya edən banklardan biri olan Azər Türk Bankın nümayəndələrinə MasterCard tərəfindən sertifikat təqdim olunub.

Qeyd edək ki, Azər Türk Bankın World MasterCard komfortu və tez-tez səyahət etmək istəyənlərin kartıdır. Belə ki, bu premium kart sahibləri «LoungeKey» – hava limanlarına VIP zallardan istifadə imkanı, MC Concierge – konsiyerj xidmətləri, Travel Assistance – xaricə səfər zamanı müxtəlif dəstək və yardım, TRAVEL INSURANCE – xaricə səfər zamanı müxtəlik risklərdən €50,000 – dək sığortalanma və digər üstünlüklərə sahibdirlər.

World MasterCard və digər ödəniş kartlarını əldə etmək isətəyirsinizsə www.azerturkbank.az saytı vasitəsilə onlayn sifariş edin və ya Sizə ən yaxın xidmət şəbəkəsinə müraciət edin.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti