...

Səngəçal terminalından 6 ayda 141 milyon bareldən çox neft və kondensat ixrac edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2017 20:53 (UTC +04:00)
2017-ci ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
Səngəçal terminalından 6 ayda 141 milyon bareldən çox neft və kondensat ixrac edilib

Bakı. Trend:

Bakı. Trend:

2017-ci ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Trend-in məlumatına görə, "BP Azərbaycan"ın ilin 6 ayının yekunları üzrə hesabatında deyilir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və "Şahdəniz" qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Altı ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon bareldən artıq neft və kondensat, o cümlədən 124 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 15,5 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,5 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz boru kəməri və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Birinci yarımil ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28 milyon standart kubmetr (987 milyon standart kubfutdan artıq) "Şahdəniz" qazı ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti