...

SOCAR istriqrazları yenidən bahalaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2017 12:29 (UTC +04:00)
Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağızların - SOCAR istiqrazlarının qiyməti yenidən yüksəlib.
SOCAR istriqrazları yenidən bahalaşır

Bakı. Trend:

Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağızların - SOCAR istiqrazlarının qiyməti yenidən yüksəlib.

"SOCAR Capital"dan Trend-ə verilən məlumata görə, istiqrazların təkrar bazarı üzrə market-meyker "PSG Kapital" şirkətindən verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1005 dollara satmaq, 1007 dollara almaq olar.

"PSG Kapital" şirkətindən bildirilib ki, qiymət artımının səbəbi əhalinin istiqrazların xüsusiyyətləri barədə məlumatının artması və istiqrazlara tələbatın böyüməsidir. Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, eləcə də SOCAR-ın geri alma zəmanəti istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə bu qiyməti kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır. Xüsusilə hüquqi şəxslər tərəfindən istiqraz almaq üçün müraciətlər çoxalmaqdadır.

Məhz buna görə, son vaxtlar təkrar bazarda istiqrazların alqı-satqısı kəskin artıb. Təkcə avqust ayında təkrar bazarda 10 milyon dollardan artıq SOCAR istiqrazı alınıb-satılıb.

Xatırladaq ki, SOCAR istiqrazları Azərbaycanın fond bazarında hazırda ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk 7 ayında birjada 63,2 milyon dollarlıq dollarlıq istiqraz alınıb satılıb ki, bu da həmin dövrdə ümumi istiqraz bazarının 77,3%-i deməkdir.

Ümumilikdə SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 106,2 milyon dollarlıq istiqraz ticarəti edilib. Bu da SOCAR istiqrazlarının emissiya həcmini də üstələyir.

Nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir ödənilir. İndiyədək SOCAR istiqrazlarına yatırım edənlər 3 dəfə (17 yanvar, 17 aprel və 17 iyulda) faiz gəliri alıblar. Bu il ərzində növbəti faiz ödənişi oktyabrın 17-də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti