...

“Xalq Əmanəti” V Bakı beynəlxalq kitab sərgisində iştirak edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2017 15:59 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə V Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.

Bakı İdman Sarayında təşkil olunan ənənəvi sərgi-yarmarkada 40 ölkəni təmsil edən 100-dən artıq kitabxana, nəşriyyat və poliqrafiya müəssisələrinin nümayəndələri iştirak edib. Sərgi çərçivəsində çoxsaylı kitab təqdimatları, dəyirmi masalar, imza günləri, müzakirələr keçirilib.

Xalq Bank “Xalq Əmanəti” layihəsi ilə bu sərgiyə artıq üçüncü dəfə qatılır. Layihə çərçivəsində nəşr olunan kitablardan ibarət ekspozisiya qonaqların böyük marağına səbəb olub. Xalq Bankın kitab güşəsini ziyarət edən yüzlərlə qonaq “Xalq Əmanəti” layihəsinin nəşrləri ilə tanış olub, bankın mədəni irsimizin qorunması işinə verdiyi töhfəni yüksək qiymətləndirib və kitablar haqda müsbət fikirlərini bildiriblər.

Builki sərgidə Xalq Əmanəti layihəsi çərçivəsində 2010-cu ildən başlayaraq işiq üzü görən 15 nəşr təqdim olunub. Bunlar Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, eləcə də Vəcihə Səmədova, Mahmud Tağıyev, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov və aprel döyüşlərində şəhid olan gənc heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət bədii albomlar; Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti