Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılması ölkədə biznes mühitinin daha da yaxşılaşmasına imkan yaradacaq.
Bunu Trend-ə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin rəisi Elçin İbrahimov deyib.
Onun sözlərinə görə, bu addım sahibkarlıq subyektlərini müvafiq dövlət strukturlarının plan yoxlamalarından daha 3,5 il müddətinə azad edəcək ki, bu da onlara biznesin aparılması üçün əlavə imkanlar yaradacaq.
E.İbrahimov onu da əlavə edib ki, moratoriumun müddətinin uzadılması sahibkarlara onlar üçün yaradılmış vəziyyətdən sui-istifadə etmək hüququ vermir.