...

Azərbaycan, Gürcüstan və Türkiyə BTQ üzrə tariflərlə bağlı işi davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2017 11:03 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflərin optimallaşdırılması üzrə işi davam etdirir.
Azərbaycan, Gürcüstan və Türkiyə BTQ üzrə tariflərlə bağlı işi davam etdirir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üzrə tariflərin optimallaşdırılması üzrə işi davam etdirir.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov Bakıda keçirilən “Azərbaycan - Avrasiyaya yeni körpü” adlı tədbirdə deyib.

Ə.Süleymanov əlavə edib: "Çinlə Avropanı birləşdirəcək “Şəmal-Cənub” və “Şərq-Qərb” dəhlizi layihələri prioritet hesab olunur. Bu dəhlizin bir hissəsi olaraq oktyabr ayında "Bakı-Tbilisi-Qars” (BTQ) dəmir yolu istifadəyə verildi. Gözlənilir ki, 2020-ci ilin sonuna qədər Çinlə Avropa arasında konteynerlərin sayı ildə 30 mini keçəcək. Beləcə, Azərbaycan BTQ vasitəsilə qlobal nəqliyyat sisteminə daxil ediləcək".

Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistanın nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Artıq bu marşrutla Qazaxıstandan Türkiyənin Mersin şəhərinə iki qatar yola salınıb. 30 konteynerdən ibarət birinci qatar noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb və qatarla 600 ton buğda daşınıb. İkinci yük qatarı noyabrın 27-dən Qazaxıstandan yola düşüb. Qatar artıq Gürcüstana çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti