Bakı. Azad Həsənli - Trend:
Yiğit Çağlayan “MasterCard” beynəlxalq ödəniş sisteminin Azərbaycanda və Türkiyədə yeni baş meneceri təyin olunub.
Trend-in məlumatına görə, yeni vəzifədə Y.Çağlayan bu ölkələrdə nağdsız hesablaşmaların inkişafı və rəqəmsallaşma üzrə məsul şəxs olacaq.
Ondan əvvəl bu vəzifədə Yasemin Bedir çalışıb.