...

"Azər Türk Bank" "Baharı faizsiz keçir" kampaniyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2018 20:24 (UTC +04:00)
Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank bu dəfə “Baharı faizsiz keçir” kampaniyasına start verib.
"Azər Türk Bank" "Baharı faizsiz keçir" kampaniyasına başlayır

Bakı. Trend:

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank bu dəfə “Baharı faizsiz keçir” kampaniyasına start verib.

Bankdan Trend-ə verilən məlumata görə, qarşıdan gələn Novruz bayramı münasibətilə təşkil edilmiş kampaniyanın əsas məqsədi, kredit əldə edən müştərilərə, təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün imkan yaratmaqdır.

15 mart tarixindən başlayaraq, aprel ayının 30-na kimi davam edəcək bu kampaniya çərçivəsində müraciət edənlərə bank hamı üçün sığortasız olan “İstehlak” krediti və əməkhaqqı kartı müştəriləri üçün nəzərdə tutulmuş “Korporativ” kredit məhsullarına güzəştlər tətbiq edir.

Belə ki, kredit üzrə birinci ay müştəridən heç bir ödəniş tələb edilmir. Faizlər isə kredit verilən tarixdən bir ay sonra hesablanmağa başlayır. 12, 18, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlər üzrə ödəmələr müqavilənin bağlanıldığı tarixin ikinci ayından etibarən bərabər hissələrlə ödənilir.

Kampaniya haqqında ətraflı məlumatı www.azerturkbank.az/bahar ünvanından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti