...

Ləğv prosesində olan bankalara məxsus 16 avtomobil və iki bankomat hərracda satılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2018 16:07 (UTC +04:00)
Ləğv prosesində olan bankların əmlakların satışı ilə bağlı son hərracda avtomobillərə xüsusi maraq müşahidə edilib
Ləğv prosesində olan bankalara məxsus 16 avtomobil və iki bankomat hərracda satılıb

Bakı. Trend:

Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə 27 mart və ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Fonddan Trend-ə verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Toyota Avalon”, 5 ədəd “Toyota Corolla”, 2 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia”, 1 ədəd “Jeep Grand Cherokee” minik avtomobilləri və 2 ədəd bankomat hərracda satılıb.

Ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd “Lexus LS460” avtomobil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 1 ədəd “QAZ-3302-18” yük avtomobili satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti