...

Dövlət büdcəsinə gömrük daxilolmaları proqnozdan 36 faiz çox icra olunub (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2018 11:49 (UTC +04:00)
Dövlət büdcəsinə gömrük daxilolmaları proqnozdan 36 faiz çox icra olunub.
Dövlət büdcəsinə gömrük daxilolmaları proqnozdan 36 faiz çox icra olunub (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu ilin ilk 4 ayı üzrə Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları proqnozdan 36 faiz çox icra olunub.

Trend-in məlumatına görə, bunu jurnalistlərin suallarına cavab verən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyev qeyd edib ki, 4 ayın yekunu ilə bağlı ilkin hesablamalara görə dövlət büdcəsinə daxilolmaların proqnozu 136 faiz yerinə yetirilib:

"Bu dövr ərzində biz büdcəyə 750 milyon manat faktiki proqnoz qarşılığında 1 021 milyon manat ödəniş etmişik. Hesab edirəm ki, bu tendensiya gələcəkdə də davam etdiriləcək".

Dövlət büdcəsinə gömrük daxilolmalarının artım səbəbinə toxunan Komitə sədri bildirib ki, bu, idxal əməliyyatlarının artması ilə bağlıdır:

"2018-ci ilin birinci rübünün sonuna olan məlumata əsasən, idxal həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 688 milyon dollar artıb".

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti