...

Nazir: Azərbaycan və Vyetnam əməkdaşlıq potensialından tam şəkildə istifadə etməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2018 14:02 (UTC +04:00)
Azərbaycan və Vyetnam əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir və bundan tam şəkildə istifadə etmək lazımdır
Nazir: Azərbaycan və Vyetnam əməkdaşlıq potensialından tam şəkildə istifadə etməlidir

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan və Vyetnam əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir və bundan tam şəkildə istifadə etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan-Vyetnam iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ikinci iclası zamanı komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir.

Öz növbəsində Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anhin qeyd edib ki, tərəflər bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün potensiala malikdir.

İclas zamanı qeyd olunub ki, 2017-ci ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 101 milyon dollar təşkil edib. Azərbaycan mallarının Vyetnama ixracı 55 milyon dollar, Vyetnam mallarının Azərbaycana ixracı isə 46 milyon dollara bərabər olub.

Tərəflər həmçinin neft-qaz sahəsində yeni texnologiyaların tətbiqi, enerjinin şüurlu istifadəsi və bərpa olunan enerji mənbələrinin istifadəsi kimi sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti