...

15 ildə Azərbaycan iqtisadiyyatına yatırılan sərmayə 250 milyard dollar olub (YENİLƏNİB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2018 10:54 (UTC +04:00)

Bakı. İlkin Şəfiyev - Trend:

Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, yatırılan bu sərmayənin yarısı xarici investisiyaların payına düşür:

"İnvestisiyalar yeni texnologiyaların, müəssisələrin cəlb edilməsi deməkdir. Bu, təhsilə, həmçinin peşəyə yeni tələblər irəli sürür. Biz bu sahədə Təhsil Nazirliyi, ayrı-ayrı universitetlər və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edirik. İmzalanmış sazişlər çərçivəsində müsbət nəticələr verən bir çox işlər görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti