...

Kerol Krofts "Brexit"dən sonra Böyük Britaniyanın Azərbaycanla münasibətləri barədə (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2019 15:11 (UTC +04:00)
Böyük Britaniyanın Avropa İttifaqından çıxması bu ölkənin Azərbaycanla ticari-iqtisadi münasibətlərinə təsir etməyəcək
Kerol Krofts "Brexit"dən sonra Böyük Britaniyanın Azərbaycanla münasibətləri barədə (ÖZƏL)

Bakı. Sara İsrafilbəyova - Trend:

Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) bu ölkənin Azərbaycanla ticari-iqtisadi münasibətlərinə təsir etməyəcək.

Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlər genişlənməkdə davam edir:

“Hazırda qeyri-neft sektorunun kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üzrə iş aparılır”.

Səfir əlavə edib ki, aprel ayında ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. 4-5 aprel tarixində planlaşdırılan iclas zamanı əməkdaşlıq üzrə dəstək tələb olunan sektorlar müəyyən ediləcək.

Qeyd edək ki, Böyük Britaniya bu il martın 29-u Avropa İttifaqını tərk etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti