...

Azərbaycan Prezidentinin problemli kreditlərlə bağlı fərmanı kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2019 21:45 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fiziki şəxslərin problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərman dövlət başçısının kiçik və orta sahibkarlara diqqət ayırmasının təsdiqidir.

Bunu Trend-ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib.

İcraçı direktor bildirib ki, bu fərman bank olmayan kredit təşkilatlarını (BOKT) stimullaşdıracaq və bu təşkilatlara daha səmərəli və məsuliyyətli işləməyə kömək edəcək.

J.Hacıyeva qeyd edib ki, BOKT-lar əsasən kənd ərazilərində fəaliyyət göstərən təşkilatlar olduğu üçün, bu həm də kəndlərdə kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək.

Onun sözlərinə görə, bu fərman sayəsində ölkəyə xarici investisiya axınını artırmaq mümkün olacaq:

“Bu, həm də BOKT-ların təkrar maliyyələşməsinə təkan verəcək. Burada əsas məqsəd məşğulluğu artırmaq, həm də yeni kreditlərin verilməsini təmin etməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti