...

Azərbaycanda nə qədər sahibkarlıq subyekti var?

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2019 16:30 (UTC +04:00)
Azərbaycanda 130 mindən çox sahibkarlıq subyekti var
Azərbaycanda nə qədər sahibkarlıq subyekti var?

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanda 130 mindən çox sahibkarlıq subyekti var.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznes Evlərinə həsr olunmuş tədbir zamanı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev deyib.

O bildirib ki, bunlardan 80 faizə yaxını kiçik və orta sahibkarlıq subyektləridir.

M.Musayevin sözlərinə görə, sahibkarları narahat edən əsas məsələ maliyyə ehtiyatlarına çıxışdır. O qeyd edib ki, ölkədə fondların və bank olmayan kredit təşkilatlarının fəaliyyətini genişləndirmək lazımdır.

Konfederasiya rəhbəri əlavə edib ki, 15 il ərzində 31 min sahibkara 309 milyon manat güzəştli kredit verilib və bu, ölkənin demək olar ki, bütün regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti