...

Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2021 11:29 (UTC +04:00)
Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib

Trend-i buradan izləyin

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev -Trend:

Ötən il kiçik və orta biznes sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib.

Trend-in məlumatına görə, bunu Agentliyin İdarə heyətinin sədri Orxan Məmmədov KOBİA-nın 2020-ci il üzrə fəaliyyətinə həsr olunmuş brifinq zamanı deyib.

Onun sözlərinə görə, ötən il müxtəlif sahələri əhatə edən 86 normativ sənəd layihəsi üzrə rəylər verilib.

O.Məmmədov qeyd edib ki, 2020-ci ildə Agentliyə 3 187 müraciət daxil olub, onlardan 890-ı KOB maraqlarına aid olub. Həmin müraciətlərdən 28 faizi dövlət biznes platformaları çərçivəsində həll olunub, 54 faizi üzrə qanunvericiliyin müvafiq tələbləri izah olunmaqla müvafiq rəy verilib, 11 faizi isə müvafiq strukturlara göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti