...

Bakı limanının Ro-Ro terminalı ildə 6 milyon tondan çox yük aşırmaq gücünə malikdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2021 13:37 (UTC +04:00)
Bakı limanının Ro-Ro terminalı ildə 6 milyon tondan çox yük aşırmaq gücünə malikdir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bakı limanının Ro-Ro terminalı ildə 6,2 milyon ton yük aşırmaq gücünə malikdir.

Trend-in məlumatına görə, bunu limanın Ro-Ro terminalının və bərə terminalının rəisi Kamran Cəlilli deyib.

"Ro-Ro terminalında əsasən vaqonlarda yüklər, o cümlədən yük avtomobilləri və yarımqoşqular aşırılır. Bu yüklər limana Ro-Ro tipli gəmilərlə gətirilir. Bu cür gəmi 50-dən çox avtomobil, vaqon və yarımqoşqu aşırmaq gücündədir", - deyə o, bildirib.

K.Cəlilli qeyd edib ki, yük tranzitinin əsas istiqamətləri Türkiyə, Gürcüstan və bir sıra digər ölkələrdir, yüklər əsasən Türkmənistan və Qazaxıstandan gəlir. O, əlavə edib ki, terminal vasitəsilə sərnişin daşımaları da həyata keçirilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti