...

Dağıstan ixracatçıları Azərbaycana gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2022 11:24 (UTC +04:00)
Dağıstan ixracatçıları Azərbaycana gələcək

Bakı. Trend:

2022-ci ilin birinci rübündə dağıstanlı ixracatçıların Azərbaycana biznes missiyası planlaşdırılır.

Trend bu barədə Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, Rusiyanın Ticarət nümayəndəliyi, Rusiya İxrac Mərkəzinin nümayəndəliyi və Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi dağıstanlı sahibkarlara Azərbaycanda potensial tərəfdaşları ilə danışıqlar aparmasında dəstək göstərəcək.

Eyni zamanda, Bakıda Dağıstan istehsalçılarının daim fəaliyyət göstərən ekspozisiyasının təşkil olunması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti